17 Noyabr 2019
16 Noyabr 2019
Elçin Quliyevlə Xanlar Vəliyev Ermənistanla sərhədə getdilər - FOTOLAR
Elçin Quliyevlə Xanlar Vəliyev Ermənistanla sərhədə getdilər- FOTOLAR SİYASƏT 10:09 2019-11-08

Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev və Baş prokurorun müavini – Hərbi prokuror ədliyyə general-leytenantı Xanlar Vəliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ermənistanla dövlət sər­hə­dinin mühafizə və müda­fiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələ­rinə səfər ediblər.

Bu barədə Unikal.org-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 

Səfər çərçivəsində əlahiddə sərhəd diviziyasının struktur qurum­larının xidməti-döyüş fəaliyyəti yoxlanılıb, sərhəd döyüş mən­təqələ­rində şəxsi heyətlə görüşülüb, xidməti və yaşayış şərait­lə­rinə baxış keçirilib. 

Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti, dövlət sər­hədində zəruri sərhəd mühafizə və müdafiə infra­struk­tu­runun yara­dıl­ması məqsədilə görü­lən işlərlə tanış olunub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yük­səldilməsi, dövlət sər­hədi­nin toxunul­mazlığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmlən­diril­məsi, hü­quqi maarifləndirmənin gücləndirilməsi istiqamətin­də zəruri tapşı­rıqlar verilib. 


  • Elçin Quliyevlə Xanlar Vəliyev Ermənistanla sərhədə getdilər- FOTOLAR
  • Elçin Quliyevlə Xanlar Vəliyev Ermənistanla sərhədə getdilər- FOTOLAR