Noyabrın 6-dan 7-nə keçən gecə Qazaxda şəhid olmuş sərhəd qoşunlarının kiçik giziri Babək Aslanovun qardaşı Nurlan Aslanov sosial şəbəkədə qardaşının adından istifadə edən müxalifət nümayəndələrinə müraciət edib. 
 
Unikal.org
xəbər verir ki, bununla bağlı RePost.Az saytına açıqlama verən Nurlan Abbasov bəzi şəxslərin soial şəbəkədə şəhid qardaşı ilə bağlı yalan məlumat yaydıqlarını bildirib. O qeyd edib ki, bəzi müxalifətçilərin yazdığı kimi qardaşı evin tək övladı deyil. Ailədə  4 qardaş bir bacıdırlar. Babək isə evin 4-cü övladıdır. 
 
Həm də yazıldığı kimi Babək 18 yaşlı əsgər yox, kiçik gizirdir. “Babək əsgərliyini 6 il əvvəl Beyləqan rayonunda  Milli Ordunun sıralarında keçirib. Qayıtdıqdan sonra isə Sərhəd Qoşunlarında hərbi qulluğa başlayıb. 5 ildi Sərhəd Qoşunlarının kiçik giziridir. Bu müddət ərzində o, Yevlaxda, Şəmkirədə qulluq edib. Son iki ili isə Qazax rayonunda olub”.
 
O qeyd edib ki, qardaşının 24 yaşı var. O, 1995-ci iləd anadan olub. Nurlan Aslanov həmçinin əlavə edib ki, bəzi şəxslər anasının yataq xəıstəsi olması barədə yalan məlumatlar da yayırlar. Halbu ki, bunların heç biri doğru deyil.
 
Nurlan Aslanov həmçinin vurğulayıb ki, öz siyasi maraqları üçün qardaşı haqqında yanlış məlumat yayanların şəxsən səhifələrində iradlar bildirsələr də,  şərhləri nəzərə alınmır və ya silinir.