06 Dekabr 2019
05 Dekabr 2019
Puta sakinləri ilə növbəti səyyar görüş keçirilib - FOTO
Puta sakinləri ilə növbəti səyyar görüş keçirilib -FOTO CƏMİYYƏT 19:54 2019-11-08

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun rayonun Puta qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

Unikal.org xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
Keçirilmiş səyyar qəbulda 100-dən çox qəsəbə sakinləri iştirak etmişdir.
Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirmişlər.
Qəsəbə sakinlərindən 6 nəfəri fərdi qaydada Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov tərəfindən dinlənilmişdir. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edən müraciətlərin  həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrami” çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilmişdir.


  • Puta sakinləri ilə növbəti səyyar görüş keçirilib -FOTO
  • Puta sakinləri ilə növbəti səyyar görüş keçirilib -FOTO
  • Puta sakinləri ilə növbəti səyyar görüş keçirilib -FOTO