12 Noyabr 2019
Sumqayıtda bədbəxt hadisə - ölən var
Sumqayıtda bədbəxt hadisə -ölən var HADİSƏ 00:21 2019-11-09

Sumqayıtda ölüm hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.

Şəhər sakini, 1970-ci il təvəllüdlü Melikov İmran Sədulla oğlu 5 mərtəbəli binanın damına çıxıb. Məlumata görə o, damda göyərçin saxlayırmış. İ.Melikov ehtiyatsız davranıb və nəticədə damdan yerə yıxılıb. O, hadisə yerində keçinib.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.