15 Noyabr 2019
14 Noyabr 2019
Polislərə hücum oldu, ölənlər var
Polislərə hücum oldu, ölənlər var DÜNYA 14:57 2019-11-09

Meksikanın cənubundakı Oaxaka ştatının San Visente Koatlan yaşayış məntəqəsində  bir qrup şəxs polisə hücum edib. Hücum nəticəsində 5 asayiş keşikçisi ölüb, ikisi də yaralanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştat prokurorluğunun “Twitter” səhifəsində bildirilir.

Hadisə yerindən uzaqlaşan cinayətkarların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.