07 Dekabr 2019
06 Dekabr 2019
Böyrək çatışmazlığı olan karateçimizdən XƏBƏR VAR (Foto)
Böyrək çatışmazlığı olan karateçimizdənXƏBƏR VAR (Foto) İDMAN 22:00 2019-11-09

Böyrək çatışmazlığından əziyyət çəkdiyi üçün Türkiyəyə aparılan dünya çempionu Ayxan Mamayevin səhhətindən xəbər var.

Unikal.org xəbər verir ki, 17 gün xəstəxanada yatan karateçi sağlamlığı barədə sosial şəbəkədə yazıb:"17 gün Allahın sınağında oldum, çox əziyyətlər çəkdim. Böyrəklərimdə yaranan problmlə bağlı xəstəxanada qaldım. 1 həftə Azərbaycanda, 10 gün Türkiyədə müalicə aldım. Şükürlər olsun ki, nəticə gözəl oldu. Ailəmə, dostlarıma, Karate Federasiyasının rəhərliyinə, tanıyanlara, maraqlananlara çox sağ ol demək istəyirəm.

Bütün xərcləri Karate Federasiyası qarşıladı. Hər gün dostlarım yazıb, maraqlandılar. O qədər çətin gün yaşadım ki, indi düzəlməyimə sevinirəm. Allah heç kimə belə günlər nəsib etməsin. Hər günümüzə, anımıza şükürlər olsun".


  • Böyrək çatışmazlığı olan karateçimizdənXƏBƏR VAR (Foto)
  • Böyrək çatışmazlığı olan karateçimizdənXƏBƏR VAR (Foto)