“Hazırda 45 kiloqramam. Qadın özünə hörmət edirsə, baxımlı olmalıdır. Kökələndə Şvartsenegger kimi oluram. Ona görə də özümü saxlayıram”.

Unikal.org xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova “Zaurla Günaydın” verilişində deyib. Sənətçi formada qalmasından danışıb. O bildirib ki, arıq olmasını hamı qınayır.

Günel yeni çəkdirdiyi “Dəyməyin keyfimə” klipindən bəhs edib:

“Klipi çəkəndə rahat oldum, istədiyim geyimi geyinirəm. Hər şeyi hesablasam, klipə təxmini 25 min dollar xərclədim”.