Goranboyda yol-nəqliyyat qəzası baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobili idarəetmədən çıxaraq aşıb.  Qəza nəticəsində iki qadın, iki kişi ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.