Göyçayda yanğın olub. 

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Göyçayın Çayarxı kəndində qeydə alınıb.

Kənd sakini, 1969-cu il təvəllüdlü Feyzullayev Mikayıl Qoca oğluna məxsus ümumi sahəsi 100 kvadratmetr olan mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb.

Hadisə zamanı evə bitişik ümumi sahəsi 144 kvadratmetr olan talvar və onun altına yığılmış taxtalar da yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.