Müğənni İzzət Bağırov "Hüseynova bacıları" verilişinin qonağı olub.

Unikal.org xəbər verir ki, sənətçi efirdə son günlər şou-biznesdə gündəmdən düşməyən "Həci" mövzusuna toxunub:

"Həci" sözünü ucuzlaşdırmayın. Bu peyğəmbərimizin məsləhəti ilə Həcc ziyarətində qaydaları edənlərə deyilir. O vaxt tək-tük Həci var idi. Çünki ziyarətə piyada gedirdilər. İndi asan olub, təyyarə ilə 3 saata orda olursan. Elə yaxşı Həci dostlarımız var ki... "Kitayski Həcilər" çoxdur. Həcini basketbol topu ediblər. O ona atır, bu buna atır".