06 Dekabr 2019
05 Dekabr 2019
"Yuventus" Ronaldonu cərimələyəcək?
"Yuventus" Ronaldonu cərimələyəcək? İDMAN 22:17 2019-11-11

"Yuventus" futbolçusu Kriştiano Ronaldonu İtaliya A seriyasının 12-ci turunda "Milan"la oyundan (1:0) sonra etdiyi hərəkətə görə cəzalandırılmayacaq.

Unikal.org xəbər verir ki, portuqaliyalı hücumçu sözügedən görüşün 55-ci dəqiqəsində əvəzləndiyi üçün  meydanı tərk edərək, birbaşa paltardəyişmə otağına yollanıb, sonra isə matç başa çatmamış stadiondan ayrılıb. İtaliya mətbuatı yazıb ki, klubun daxili qaydalarına əsasən, Turin təmsilçisi 34 yaşlı oyunçunu etdiyi hərəkət səbəbindən böyük məbləğdə cərimələməli idi. Ancaq "Yuventus" Ronaldoya sanksiya tətbiq etməməyə qərar verib.

Qeyd edək ki, komandanın baş məşqçisi Maurisio Sarri oyundan sonra mətbuat konfransında portuqaliyalı futbolçunu dizində ağrı hiss etdiyi üçün əvəzlədiyini bildirmişdi.