Amerikalı aktrisa Laurel Qriqqs vəfat edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 13 yaşlı qız astma tutması səbəbilə dünyasını dəyişib. Atası bildirib ki, yeniyetməni dərhal xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

"Dünya hamı üçün xoşbəxt həyat arzulayan bir şahzadəni itirib. Onun gələcəklə bağlı böyük planları vardı" deyə, atası bildirib.

Qeyd edək ki, Qriqqs səhnəyə ilk dəfə 6 yaşında olarkən Skarlet Yohanson ilə birlikdə çıxmışdı.