Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, qəza şəhərin Sərvər Bədəlbəyli və Koroğlu küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, iki "Mercedes” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində yüngül xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.