"Mançester Yunayted"in əfsanəvi futbolçusu Rayan Giqqzin yeni sevgilisinin kimliyi müəyyənləşib.

Unial.org xəbər verir ki, 45 yaşlı veteran futbolçu özündən 15 yaş kiçik Helen Stellinq Holtla sevgilidir. Onlar bir gecə klubunda birlikdə görünüb. Onların hətta ötən ay Türkiyədə evlənən Rio Ferdinandın toy mərasiminə də birlikdə qatılıb.

Helen Stellinq Holt dj kimi fəaliyyət göstərir. 

Xatırladaq ki, 2011-ci ildə Rayan Giqqz qrdaşı arvadı Nataşa Qiqqs arasında intim münasibət olub. Bu barədə qardaşı arvadı açıqlama verib. Bundan sonra Rayanın həyat yoldaşı Steysi onunla boşanmış, qardaşı Rodri isə pis vəziyyətə düşüb.