08 Dekabr 2019
“Facebook” onlayn ödəmə xidmətini işə saldı
“Facebook” onlayn ödəmə xidmətini işə saldı DÜNYA 00:57 2019-11-13

“Facebook” şirkəti “Facebook Pay” elektron ödəmə sistemini işə salıb.

Unikal.org xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilib ki, “Facebook Pay” xidməti insanlara “Facebook”, “Messenger”, “Instagram” və “WhatsApp”da rahat, təhlükəsiz və etibarlı ödəniş aparma imkanı yaradacaq.

Yeni xidmət ödəmə informasiyasının əlavədə saxlanmasına kömək edəcək. Nəticədə istifadəçi nəsə almaq istəyərkən ödəmə məlumatını yenidən daxil etməyəcək.

Qeyd edək ki, “Facebook Pay” xidməti hələlik Amerika ərazisində yaşayan “Facebook” və “Instagram” istifadəçiləri üçün aktivdir.