Kənd Təsərrüfatı naziri İnam Kərimov Şəmkir və Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorlarını işdən çıxarıb.  

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla əlaqədar Kənd Təsərrüfatı naziri İnam Kərimov müvafiq əmr imzalayıb. Şəmkir DAİM-in direktoru Kamil Yusibov və Tovuz DAİM-in direktoru Rəhman Qasımov nazirliyin fəaliyyət prinsiplərini kobudcasına pozduqlarına, fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə prinsiplərinə əməl etmədiklərinə görə tutduqları vəzifədən uzaqlaşdırılıblar. 

Xəbəri Kənd Təsərrüfatı Nazirliyindən “Unikal.org”a təsdiqləyiblər. 

Famil Fərhadoğlu