AVRO-2020-nin seçmə mərhələsin çərçivəsində keçiriləcək Azərbaycan - Uels matçının təyinatları açıqlanıb. 

Unikal.org-un məlumatına görə, qarşılaşma Almaniyadan olan hakimlərə həvalə olunub. Matçın baş hakimi  Almaniyada yaşayan türk əsilli Deniz Aytekin olacaq. Ona yan xətt hakimləri Eduard Beytinger və Rafael Foltın kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kristian Dingert yerinə yetirəcək. 

Qarşılaşmanın hakim-inspektoru rusiyalı Sergey Zuyev, UEFA nümayəndəsi isə Niderlandan olan Mark Bos olacaq. 

Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da başlayacaq. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv bundan 3 gün sonra Slovakiyanın qonağı olacaq. Trnavada Anton Malatinski stadionundakı görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Oyunlara hazırlıq məqsədilə 11 - 16 noyabrda Bakıda, 17 - 19 noyabrda Slovakiyada təlim-məşq toplanışı keçiriləcək.