Şəmkir rayonunda 15 yaşlı yeniyetmə bıçaqlanıb.

Unikal.org “Report”a istinadən xəbər verir ki, hadisə noyabrın 12-də saat 20:30 radələrində rayonun İsrafil Məmmədov küçəsində baş verib.

Belə ki, Şəmkir rayon sakini, 2004-cü il təvəllüdlü T.Nağıyev şəxsi münasibətlər zəminində həmyerlisi, 2006-cı il təvəllüdlü E.Yusifov tərəfindən bıçaqlanıb.

Yaralı Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Şəmkir Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağrı zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.