Türkiyəli müğənni Sərdar Ortaçın yenə qumarda bəxti gətirməyib.

Unikal.org xəbər verir ki, sənətçinin ötən ay konsert verdiyi otelin kazinosunda qumar oynadığı və 120 min dollar uduzduğu bildirilir. O, borcunu dörd konsertdən aldığı pulla ödəyəcək.

Xeyli müddətdir qumardan uzaqlaşan ifaçı boşandıqdan sonra yenidən bu yola baş vurub.