Azərbaycanın bir sıra yerlərində yanğın hadisəsi olub.

Unikal.org FHN-nin sayıtına istinadən xəbər verir ki, Bərdə rayonunun Alaçadırlı kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 80 m² olan birmərtəbəli evin taxtadan ibarət pəncərəsi qismən yanıb. Yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 165 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.