Vergilər Məcəlləsinə edilən dəyişikliklərə görə, gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin əmlaka görə əldə etdiyi gəlirlər vergiyə cəlb edilməyəcək.

Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. 

O bildirib ki, bunun üçün həmin şəxslər tərəfindən dövlətə ayrılan hissə təqdim edilməlidir. 

“Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində alqı-satqı müqavilələri üzrə nəzərdə tutulan ƏDV-siz məbləğlər və təqdim edilən həmin sahələrin tikintisinə çəkilən məsrəflər əsasında müəyyən ediləcək”.