07 Dekabr 2019
Paytaxda yanğın olub: 11 nəfər tüstüdən zəhərlənib (VİDEO)
Paytaxda yanğın olub:11 nəfər tüstüdən zəhərlənib (VİDEO) HADİSƏ 08:24 2019-11-15

Bakıda hündürmərtəbəli binada yanğın olub. 

Unikal.org xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonunda Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın saat 02:51 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb (yanğının yayılma təhlükəsi yoxdur).

Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub. İlkin məlumata əsasən, yanğın zamanı 11 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 7 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb.

Bunlar 1965-ci il təvəllüdlü Salmanova Şəfəq Şabəddin qızı, onun bacısı, 1968-ci il təvəllüdlü İsmayılova Şəlalə Şabəddin qızı, 32 yaşlı Əliyev Zaur Arzuman oğlu, onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Əliyeva Səbinə Asif qızı, onların övladları, 2013-cü il təvəllüdlü Ayan Əliyeva, 2016-cı il təvəllüdlü Aliyə Əliyeva və 2018-ci il təvəllüdlü Asim Əliyev, habelə 33 yaşlı Tağıyeva Sevinc Əbilfəz qızı, onun övladları, 2008-ci il təvəllüdlü Tağıyev Əhməd Rəşad oğlu, 2014-cü il təvəllüdlü Tağıyeva Elay Rəşad qızı və S.Tağıyevanın anası, Nağıyeva Kifayət Qəşəng qızıdır.

Bakının Xətai rayonu, Neapol küçəsi 16 ünvanında yerləşən 18 mərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bunu FHN-in Dövlət Yanğından Mühafizə Qərargahının rəisi Əkbər Novruzov apa-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, ikibloklu binanın mansardasında baş vermiş yanğının sahəsi 180-200 kv/m sahəni əhatə edib: "18-ci mərtəbədə yerləşən 6 mənzildən dördünün mansardası 20 kv/m, 2 mənzilin isə həm mansardası, həm də daxilindəki yanar konstruksiyaları 60 kv/m sahədə yanıb. Eyni zamanda, binanın 1-ci mərtəbəsindən 60-cı mərtəbəsinə qədər elektrik şaxtasında kabellər 60 p.m. sahədə yanıb. Yanğın tam söndürülüb. Yanğının söndürülməsinə 2-ci dərəcəli çağırış elan olunub, 15 yanğınsöndürən maşın və 60-dan çox şəxsi heyət cəlb olunub. Elektrik şaxtasında elektrik xətlərinin yüklənməsi nəticəsində yanğının baş verdiyi ehtimal olunur. Nəticədə yanğın mansardaya yayılıb. Xəsarət alan olmayıb".