Bakıda döyülmə hadisəsi olub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Xocahəsən Məscidinin qarşısında qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Yusifov Gəncəvi İsmət oğlu naməlum şəxs tərəfindən döyülüb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona hər iki təpə və gicgah nahiyələrinin əziyi, hematoması diaqnozu qoyulub.