07 Dekabr 2019
06 Dekabr 2019
DİN-dən Balakəndəki qətllə bağlı AÇIQLAMA
DİN-dən Balakəndəki qətllə bağlıAÇIQLAMA KRİMİNAL 12:43 2019-11-15

Daxili İşlər Nazirliyi (DİN) Balakəndə baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, noyabrın 14-də Balakən rayon sakini Elvin Balayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq-əməliyyat tədbirləri ilə hadisənin həmin gün Hənifə kəndi ərazisində kənd sakini Z.Layıcov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Z.Layıcov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.