Oğlu Burak ilə Nişantaşında görüntülənən Alişan illərdir küslü olduğu Mahsun Kırmızıgülün müğənniliyə geri qayıtmasıyla bağlı açıqlama verib. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Alişan dedikləri ilə keçmiş dostunu tənqid edib:

 "Əslində sevmədiyim üçün haqqında danışmaq istəmirəm. Amma Mahsun çox döndüyü üçün hər yerə qayıda bilər. Sabah kinoya, ertəsi gün başqa yerə... Baxdı pul yoxdur, yenə qayıdacaq. Onunla heç bir zaman "abi" - qardaş olmadıq".

Kırmızıgül haqqında sərt ifadələr işlədən Alişan sözlərinə belə davam edib:

"Onun mənim həyatımda yeri yoxdur. Sevgi, hörmət yoxdur. Vaxt ilə məni fanatlarını üzərimə göndərəcəyi ilə təhdid etmişdi".