Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Qüds Sefardi ortodoks baş ravvini Şlomo Amarı qəbul edib.

Unikal.org xəbər verir ki, söhbət zamanı Bakıda keçirilən Dünya dini liderlərinin ikinci Sammitinin əhəmiyyəti qeyd edildi. Bu tədbirdə dünyanın bir sıra ölkələrindən böyük nümayəndə heyətlərinin, nüfuzlu ictimai və din xadimlərinin iştirakından məmnunluq ifadə olundu.

Qüds Sefardi ortodoks baş ravvini Şlomo Amarın dinlərarası dialoq və Azərbaycanla bağlı fikirlərinin önəmi vurğulandı. Şlomo Amar Azərbaycana səfərindən və dünya dini liderlərinin sammitində iştirakından dərin məmnunluq hissi keçirdiyini bildirərək ölkəmizə və dövlətimizin başçısına xeyir-dualarını çatdırdı.

***16:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Qüds Sefardi ortodoks baş ravvini Şlomo Amarı qəbul edib.

Unikal.org-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.