Gənc qızların sevimlisi Türkiyənin məşhur aktyoru Can Yaman dostlarıyla getdiyi məkanda göbək atıb.

Unikal.org Türkiyə mətbuatına istinadla xəbər verir ki,  aktyor dostları ilə əyləncəli bir gecə yaşayıb.  Əvvəlcə rəqqasəyə oturduğu yerdə yoldaşlıq edən Can yanındakı dostunun təkidiylə masadan qalxaraq, göbək atmağa başlayıb.

Aktyorun bir ara pul qabısından pul çıxarıb rəqqasənin sinəsinə basmağı ilə də diqqət çəkib.

Ən son “Erkenci kuş” serialında rol alan aktyor məkandan çıxarkən jurnalistlərlə də söhbət edib. O, yanvar ayında hərbi xidmətə yollanacağından söz açıb. 
Serial zamanı saçlarını uzadan və sonra da kəsdirməyən Yaman hərbi xidmətə getməzdən öncə saçlarını kəsib bağışlayacağını söyləyib.