Fransada tutularaq Almaniyaya gətirilən Rəfael Piriyev adlı Azərbaycan vətəndaşının barəsində olan deportasiya qərarı icra olunacaq.

Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edilir ki, R.Piriyev dünən Fransadan Almaniyanın Hamburq əyalətinə gətirilib.

Hazırda onun “Deportasiya mərkəzi”ndə saxlanıldığı deyilir. Yaxın günlərdə İtaliyaya deportasiya ediləcəyi gözlənilir.

Qeyd edək ki, Rəfael Piriyev bir neçə gün əvvəl Fransada saxlanılıb. O, Almaniyaya İtaliya vizası ilə daxil olduğudan, sığınacaq istəyi ilə bağlı müraciəti baxılmadan “Dublin sazişi”nə əsasən, İtaliya Miqrasiya İdarəsinə yönləndirilib. Azərbaycan vətəndaşı qərardan məhkəməyə bir neçə dəfə şikayət edib. Ancaq məhkəmə onun sığınacaq istəyinin yalnız viza aldığı Avropa ölkəsində baxıla biləcəyini əsas gətirirək, barəsində deportasiya qərarı verib.

R.Priyev sosial şəbəkələrdə Azərbaycan hökuməti  barədə təhqiramiz çıxışları ilə tanınır.