07 Dekabr 2019
06 Dekabr 2019
Yerevanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilir
Yerevanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilir DÜNYA 19:11 2019-11-15

Rusiyanın Krasnodar diyarının Armavir şəhərində yerli deputat Aleksey Vinoqradovun erməni faşisti Qaregin Njdenin şərəfinə qoyulan xatirə lövhəsini boyamasından sonra bir qrup vətəndaş Rusiyanın Yerevandakı səfirliyi qarşısında etiraz aksiyası keçirir.

Unikal.org " "Arminfo"ya istinadən xəbər verir ki, etirazçılar asayiş keşikçilərinin məsafə saxlamağı tələb edərək Rusiya diplomatik nümayəndəliyinin qapılarına yaxınlaşmağa icazə verməməsinə görə narazılıqlarını bildirirlər.

Aksiya iştirakçıları Rusiya səfirliyinin nümayəndələrinə etiraz-nota məktubunu vermək istəyirlər.

Etirazın təşəbbüskarlarından biri "Sasna tsrer" yaraqlılarıdır.