İnstagram fenomeni və yazar İnci Akbay həyat yoldaşı ilə boşandığını rəqs edərək qeyd edib.

Unikal.org xəbər verir ki, blogger İnci Akbay 3 il yarım sonra məhkəmənin qərarı ilə  həyat yoldaşından boşanıb. İnstagram fenomeni məhkəmənin qarşısına musiqiçilər dəvət edib. Üzərinə “boşandım” yazılan pencək geyinən İnci Akbay əvvəlcə havaya çoxlu şarlar buraxıb.Sonra musiqi sədaları altında dostları ilə rəqs edərək, dəqiqələrlə rəqs edib.