Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/s-a endirilib. 

Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

"Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışlı davranmalarını xahiş edirik", - Agentlikdən bildirilib.