Gəncə şəhərində oğul atasını qətlə yetirib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Kəpəz rayonunda qeydə alınıb.

Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Yüsif Mübariz oğlu Dadaşov sərxoş vəziyyətdə atası, 1967-ci il təvəllüdlü Mübariz Dadaşovu bıçaqlayıb. Ağır xəsarət alan M.Dadaşov ölüb.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.