Bakıda kişini bıçaqlamaqda təqsirləndirilən Günay Eyvazovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Unikal.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 22-nə təyin edilib.

G.Eyvazova barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Hadisə bu il iyulun 7-də Qaradağ rayonunda qeydə alınıb. 1988-ci il təvəllüdlü Məhərrəmov Mətləb Sahib oğlu münaqişə zəminində G.Eyvazova tərəfindən bıçaqlanıb.

Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, onun həyətini xilas etmək mümkün olub.