Ağac kəsən şəxs cəzalanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Ağsu şəhərində ağacların kəsilməsi ilə bağlı Nazirliyə daxil olan şikayət  ETSN-nin yerli ekologiya idarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Araşdırma zamanı şəhərin Molla Vəli Vidadi  küçəsində 6 söyüd ağacının icazəsiz kəsildiyi aşkar edilib.

Ağacların  Ağsu Yaşıllaşdırma və Abadlaşdırma MMC-nin rəisi Namiq Mürsəlovun göstərişi ilə kəsildiyi və təbiətə 1360 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. 

Faktla bağlı akt tərtib edillib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər  qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağsu şəhər Prokurorluğuna göndərilib.