Xəbər verdiyimiz kimi, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Əlaslan Ağayev Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, noyabrın 16-da nazir V.Eyvazov İnterpolun Milli Mərkəzi Bürosuna gedərək polis polkovniki Ə.Ağayevi şəxsi heyətə təqdim edib, xidməti fəaliyyətin daha səmərəli və effektiv təmin edilməsi üçün tələb və tövsiyələrini verib.