Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə Ağdaş rayonun Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti nümayəndələrinin yığıncağı keçirilib.

Unikal.org xəbər verir ki, əvvəlcə partiya fəallarının bir qrupu Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzdülər. 

Heydər Əliyev Mərkəzinin foyesində təşkil olunmuş gənc partiya üzvlərinin əl işlərindən ibarət sərgiyə və Heydər Əliyev muzeyinin eksponatlarına baxış keçirildi.

Sonra tədbir Heydər Əliyev mərkəzinin iclas zalında davam etdi.

Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyası” video filmi nümayiş olundu.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov geniş nitq söylədi. Yarandığı dövrdən bu günə kimi partiyanın keçdiyi yola nəzər salan Cavid Osmanov Yeni Azərbaycan Partiyasının artıq ümumxalq partiyasına çevrildiyini və müasir Azərbaycan dövlətinin əldə etdiyi uğurların Yeni Azərbaycan Partiyasının adı ilə bağlı olduğunu qeyd etdi. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuz sahibi olması, eləcə də ölkənin hər bir bölgəsində həyata keçirilən davamlı infrastruktur layihələrinin uğurla icra edilməsinin Yeni Azərbaycan Partiyasının sədri, cənab prezidentimiz İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olduğunu qeyd edən Cavid Osmanov Yeni Azərbaycan Partiyasının bundan sonra da iqtidar partiyası olaraq uzun illər xalqa xidmtə edəcəyini bildirdi. 

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında səmərəli fəaliyyətinə görə bir qrup gəncə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Fəxri fərmanı təqdim edildi.

Tədbirdə Turanə Şıxalıyeva gənclər, Gülcənnət İsmayılova qadınlar adından çıxş edərək Yeni Azərbaycan Partiyası haqqında öz fikirlərini bildirdilər, təbriklərini çatdırdılar.

Sonra tədbir bədii hissə - Habil Əliyev adına Ağdaş Musiqi məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə konsert proqramı ilə davam etdi.