Azərbaycan Prezidenti İlham Əliyev Omanın Sultanı Əlahəzrət Qabus bin Səidə təbrik məktubu ünvanlayıb.

Unikal.org xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət, Oman Sultanlığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Oman xalqına daim sülh və firavanlıq diləyirəm".