Xəbər verdiyimiz kimi, Ağsu şəhərinin Molla Vəli Vidadi  küçəsində 6 söyüd ağacının icazəsiz kəsildiyi aşkar edilib. 

Unikal.org-un əldə etdiyi məlumata görə, artıq sözügedən ərazidə kəsilən ağacların yerinə eldar şamı ağacı əkilib. 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının apardığı araşdırma nəticəsində, məlum olub ağaclar Ağsu Yaşıllaşdırma və Abadlaşdırma MMC-nin rəisi Namiq Mürsəlovun göstərişi ilə kəsilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər  qanunamüvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.