Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 294 984,97 min ABŞ dolları dəyərində 1 371 021,99 ton buğda idxal edib.

Unikal.org-un Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın idxal etdiyi buğdanın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 67,6%, həcmi isə 46% artıb.