İrana yağan güclü qar səbəbindən Tehran əyalətində ibtidai və orta məktəblər bu ölkədə iş günü hesab edilən bazar günü işləməyəcək.

Unikal.org xəbər verir ki, əyalətin qubernatoru Mohseni Bandpeyə istinadla məlumat yayıb.

“Meteoroloji xidmətin proqnozu ilə əlaqədar bütün Tehran əyalətində sabah (bazar günü) ibtidai və orta təhsil məktəbləri həm səhər, həm də günorta növbələrində bağlı olacaq”, - deyə qubernator bildirib.

Bildirilir  ki, hava proqnozuna əsasən, istirahət günündə Tehranda qar, leysan və güclü külək gözlənilir. Havanın temperaturu 1-5 dərəcə isti təşkil edəcək.