Ermənistanda bir ailənin 5 üzvü ölüb.

Unikal.org  Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, hadisə ötən gün Kotaysk əyalətinin Nor-Açn şəhərində baş verib.
Belə ki,  77 yaşlı Janna Simonyan və onun 4 nəvəsi – 16 yaşlı Eduard, 12 yaşlı Serine, 15 yaşlı Tiqran, 14 yaşlı Janna boğulub ölüblər. Onların dəm qazından zəhərlənərək öldürləri bildirilir.
Meyitlərdən ikisi vanna otağında, üçü isə yataq otağında aşkarlanıb. Məlumata görə, uşaqların valideynləri Ukraynada yaşayır. Onlar nənələrini ziyarətə gəliblərmiş.