Bu gün Belarusda parlamentin aşağı palatasına seçkilər keçirilir.

Unikal.org xəbər verir ki, səsvermə yerli vaxtla saat 20.00-a qədər davam edəcək. Ölkə üzrə 5830, ölkədən kənarda isə 46 seçki məntəqəsi fəaliyyət göstərir.

Qeyd edək ki, Belarusda 110 deputat mandatı uğrunda 513 namizəd mübarizə aparır. Ölkə daxilində seçicilərin sayı 6,8 milyon nəfərdir, ölkənin hüdudlarından kənarda isə 3,6 min seçici var. Seçkiləri min nəfərdən çox xarici müşahidəçi izləyir.