ABŞ Prezidenti Donald Tramp Merilend ştatında yerləşən Uolter Rid adına xəstəxanada tibbi müayinədən keçib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Trampın 2020-ci ildə prezident seçkiləri zamanı vaxtını səmərəli sərf etmək istəməsi olub.

Tibbi müayinənin nəticəsinə görə, Trampın səhhətində heç bir problem aşkarlanmayıb, sağlıq durumu qaydasındadır.