Əfqanıstanda İŞİD terror təşkilatının üzvlərinə qarşı genişmiqyaslı əməliyyatlar keçirilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Əfqanıstanın Nangarhar əyalətində əməliyyat zamanı 615 İŞİD-çi təhlükəsizlik qüvvələrinə təslim olub.

Məlumatı ölkənin Daxili İşlər Nazirliyi təsdiqləyib. Bildirilib ki, təslim olanlar arasında qadın və uşaqlar da var.