ABŞ İranda benzinin bahalaşmasına qarşı keçirilən aksiyaları dəstəkləyir.

Unikal.org xəbər verir ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“40 il davam edən tiranlıqdan sonra qürurlu İran xalqı hökumətin sui-istismarına səssiz qalmır. Biz də səssiz qalmayacağıq. İran xalqına mesajım var: ABŞ sizi eşidir. ABŞ sizi dəstəkləyir. ABŞ sizin yanınızdadır”, - deyə Pompeo yazıb.

Qeyd edək ki, İranda benzinin bahalaşmasına qarşı etirazlar davam edir. Ölkənin bir çox şəhərlərini əhatə edən aksiyalarda minlərlə insan iştirak edib.