Portuqaliyalı ulduz futbolçu Ronaldonun keçmiş sevgilisi Rian Sugdenin sosial media istifadəçiləri ilə başı dərddədi.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ingilis aktyor Olivier Mellorla evlənən model ana olmaq üçün bütün vasitələrdən istifadə edir. Ancaq cazibədar Sugdeni sosial şəbəkə istifadəçiləri onu rahat buraxmır.

Bu barədə məlumat verən ingilis gözəl təhqir dolu mesajlar aldığını bildirib. Sosial media istifadəçilər ona "Ana olmağı haqq etmirsən. Çünki keçmişdə çılpaq fotolar çəkdirmisən" yazır. 

Təhqirlərə "Instagram"da paylaşdığı bir video ilə cavab verən 33 yaşlı Sugden bunları deyib: "Bəziləri mənim ana olmağa haqqım çatmadığını deyir. Çünki keçmişdə "üçüncü səhifə gözəli" olduğumu düşünürlər. Bəziləri uşaqlarım olsa belə bir gün mənim keçmişdə gördüyüm bu işə görə ələ salınacaqlarını yazıb. İnsanlar bizim də "gerçək insan olduğumuzu unudurlar. Mən yaşadıqlarımı, yazdığım bloqu pul üçün hazırlamıram. Yazmağı sevirəm və ora yazdıqlarımla bir neçə insana kömək olmuşum".