Neftçalada 11 yaşlı uşaq ölüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü Həsən Abdullazadənin Neftçala rayon Xəstəxanasında ölməsi ilə bağlı rayon hüquq-mühafizə orqanlarına məlumat daxil olub. 

Yaxınların verdiyi məlumata görə, H. Abdullazadədə noyabrın 17-də kəskin baş ağrıları olub və xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq H. Abdullazadə xəstəxanada ölüb.Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.