Türkmənistandan Bakıya gələn qadın gəmidə ölüb.

Unikal.org trend-ə istinadla verdiyi məlumata görə, hadisə Xəzər dənizinin Qaradağ rayonu ərazisində, Türkmənistana məxsus “Bəxtiyar” adlı gəmidə baş verib.

Belə ki, sərnişin qismində Bakıya gələn, 59 yaşlı Türkmənistan vətəndaşı olan azərbaycanlı Bayramova Həlimə İsa qızı onkoloji xəstəlikdən əziyyət çəkdiyindən Cəlilabad rayonundakı qohumlarını görməyə gəlirmiş.

Gəmi Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yaxınlaşarkən yataq şəraitində Bakıya gələn H.Bayramovanın vəziyyəti qəfil pisləşib və o dünyasını dəyişib.