07 Dekabr 2019
Rusiya Ukraynanın bu gəmilərini geri qaytardı
Rusiya Ukraynanın bu gəmilərini geri qaytardı DÜNYA 16:47 2019-11-18

Kerç boğazını qanunsuz şəkildə keçməyə çalışan üç Ukrayna gəmisi Rusiya sərhəd təhlükəsizlik qüvvələri tərəfindən Kiyevə təslim edilib.

Unikal.org xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, səlahiyyətlilər lazımi araşdırmalar etdikdən sonra gəmilərin Rusiyada qalmağına gərək olmadığına qərar verib.

Nazirlik bildirir ki, Rusiyanın sərhədləri yaxınlığında hər cür provakasiya sərt bir şəkildə əngəllənəcək.

“Öz əsgərlərinə provakasiya təlimatı verən  Kiyev hökümətinin hərəkətləri təkcə Rusiyanın suverenliyinə qarşı deyil, bilərəkdən təhlükəyə atılan Ukrayna vətəndaşlarına qarşı da cinayət səviyyəsindədir” deyə açıqlamada vurğulanır.

Xatırladaq ki, Ukrayna donanmasına aid gəmilər 25 noyabr 2018-ci il tarixində Rusiya sərhədlərini pozmuşdu. Olay nəticəsində gəmilərdə olan 24 ukraynalı dənizçi saxlanmış, Rusiya sərhədlərini pozduqları üçün məhkəmə qərarıyla həbs olunmuşdu. Həbs olunan dənizçilər 7 sentyabr tarixində Rusiya və Ukrayna arasındakı məhkumları dəyişmə anlaşması çərçivəsində Ukraynaya qaytarılmışdı.