Sinqapur alimləri insan dərisi istehsal etməyə başlayırlar.

Unikal.org xarici KİV-ə istinadla xəbər verir ki, bu addım gələcəkdə kosmetik və digər məhsulları heyvanlar üzərində sınamamaq üçün atılıb.

Donorlardan və kollagendən əldə edilən dəri hüceyrələri insan dərisiylə eyni kimyəvi və bioloji xüsusiyyətlərə malikdir.

Layihə Sinqapur Nanyanq  Texnologiya Universiteti tərəfindən hazırlanıb. Labaratoriya meneceri Con Koh bildirir ki, məhsulları sınamaq üçün heyvan və insan dərisinə alternativ təklif edirlər.

Komanda insan dərisindəki “naxışları” təqlid etmək üçün printerdən istifadə edir. Dərinin hər kiçik hissəsinin çapı üçün bir dəqiqədən az vaxt tələb olunur.

Qarışıq təxminən iki həftə boyunca inkubasiya edilir, çünki dəri hüceyrələri çoxalır və ağardıcı bir membrana çevrilir.